İDMAN


AZƏRBAYCAN PARALİMPİYAÇILARI GÜLLƏ ATICILIĞI ÜZRƏ DÜNYA ÇEMPİONATINDA İŞTİRAK ETMİŞLƏR

Bakı, 27 iyul (AZƏRTAC). Xorvatiyanın Zaqreb şəhərində keçirilən paralimpiyaçılar arasında güllə atıcılığı üzrə dünya çempionatı başa çatmışdır.

10 metr məsafəyə kişilərin yarışında Azərbaycan təmsilçiləri Əkbər Muradov 5-ci, Kamran Zeynalov 32-ci, Elşad Məmmədov 43-cü sırada qərarlaşmışlar.

10 metr məsafəyə qadınların yarışında Yelena Taranova 8-ci pilləyə sahib olmuşdur.

Əkbər Muradov 25 metr məsafə üzrə mübarizədə 25-ci yerə layiq görülmüşdür.

50 metr məsafəyə yarışda Əkbər Muradov 19-cu, Kamran Zeynalov 20-ci və Yelena Taranova 40-cı yerdə qərarlaşmışlar.

Milli komandamızın üzvləri minimal təsnifat standartlarını yerinə yetirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.