Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN RƏHBƏR HEYƏTİ VƏ SƏRHƏD QOŞUNLARININ DƏSTƏ RƏİSLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev martın 6-da Prezident sarayında Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti və sərhəd qoşunlarının dəstə rəisləri ilə görüşmüşdür.

Respublikamızın rəhbəri HEYDƏR ƏLİYEV görüşü açaraq dedi:

- Hörmətli generallar, zabitlər!

Mən sizinlə keçən ilin avqust ayında sərhədçilər günü münasibətilə görüşmüşdüm və biz o mərasim zamanı Azərbaycanın Sərhəd Qoşunlarının yaranması tarixi və bugünkü vəzifələri haqqında ətraflı söhbət etmişdik.

Siz bu günlərdə 2001-ci ildə gördüyünüz işlərin yekununu vurursunuz, təhlil edirsiniz. Mən bununla əlaqədar sizi bu görüşə dəvət etdim. İstəyirəm ki, keçən ildə gördüyünüz işlər haqqında və əldə etdiyiniz nailiyyətlər haqqında mənə qısa məlumat verəsiniz.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev görüşdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN

NİTQİ

- Sizinlə keçən ilin avqust ayındakı görüşdə biz Azərbaycanın sərhəd qoşunlarının tarixi, ənənələri və vəzifələri haqqında çox ətraflı danışdıq. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycanda Sərhəd Qoşunları yaranmış və artıq on ildir ki, Sərhəd Qoşunları ölkəmizin sərhədlərini qorumaqla məşğuldur.

Hər bir ölkənin dövlət sərhədi onun dövlət müstəqilliyinin əsas amilidir. Ona görə sərhədlərin hər bir ölkə üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini və onların qorunmasının həm ölkənin müstəqilliyi üçün, həm də xalqın yaşayışı üçün nə qədər vacib olduğunu, təbiidir ki, siz yaxşı bilirsiniz. Bütün bu vəzifələri yerinə yetirmək üçün indi sizin lazım olan imkanlarınız var.

Burada sərhəd qoşunları komandanının verdiyi məlumatdan görünür ki, keçən il xeyli iş görə bilmisiniz və müəyyən nailiyyətlər əldə etmisiniz. Eyni zamanda, hələ işinizdə nöqsanlar da, çatışmamazlıqlar da vardır. 2002-ci ildə vəzifəniz nöqsanları aradan qaldırmaq, işinizi daha da təkmilləşdirmək, sərhədlərin mühafizəsini daha da gücləndirmək və Sərhəd Qoşunlarının şəxsi heyətinin həm fiziki, həm də mənəvi sağlamlığını möhkəmləndirməkdən ibarətdir.

Azərbaycan Sərhəd Qoşunları Azərbaycanın dövlət müstəqilliyi kimi gəncdir. Ötən illərdə sərhəd qoşunlarının formalaşması üçün müəyyən işlər görülübdür. Məhz bunların nəticəsində bizi indi mövcud olan sərhəd qoşunlarına və onların işləməsi üçün lazım olan maddi-texniki bazaya malikik. Ancaq bunlar Azərbaycan dövlətinin sərhədlərinin tam qorunması üçün heç də yetərli deyildir. Birinci növbədə, sərhədin qorunması üçün lazımi qədər şəxsi heyət olmalıdır. Bu hələ lazımi miqdarda deyil, xüsusən də zabit heyəti.

Siz lazım olan zabit heyətinin neçə faiz təmin olunduğunu bilirsiniz. Mən də bu rəqəmi bilirəm, ancaq burada elan etmək istəmirəm. Siz bunu bilirsiniz. Mən bu rəqəmlərlə tanış olanda bir daha düşündüm ki, bunlar bizim sərhəd qoşunlarının lazımi səviyyəyə çatması üçün çox böyük maneədir. Bunları aradan qaldırmaq üçün çox ciddi tədbirlər görmək lazımdır. İndiyə qədər aparılan işlər lazımi nəticələr verməyibdir. O mənada ki, o işlərin həcmi lazımi nəticəni verə bilməzdi. Ona görə də mən bu gün milli təhlükəsizlik naziri Namiq Abbasova göstəriş verdim ki, təkliflər hazırlansın. Yaxın beş ildə zabit kadrların hazırlanması üçün müəyyən tədbirlər planı baxılıb təsdiq olunsun və həyata keçirilsin. Bəli, bunlar müəyyən əlavə vəsait tələb edəcəkdir. Amma biz bu vəsaiti ayırmağa hazırıq. Çünki əgər indi sərhəd qoşunlarının zabit korpusunun yaranması bu sürətlə aparılsa, bu, çox uzun vaxt aparacaqdır. Amma belə vəziyyətə də dözmək olmaz.

Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmlənməsi də əsas şərtlərdən biridir. İndi bu, var. Ancaq hesab edirəm ki, yetərli deyil. Bu barədə də lazımi tədbirlər görmək lazımdır. Bunlarla yanaşı, Sərhəd Qoşunlarının şəxsi heyətinin təlim-tərbiyəsi, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi prinsiplərinə sadiqliyinin təmin olunması sizin əsas vəzifələrinizdir. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, Siz 2002-ci ildə bu vəzifələrin yerinə yetirilməsi ilə ciddi məşğul olacaqsınız.

Sizin qarşınızda sərhədi qorumaq nöqteyi-nəzərdən çox böyük vəzifələr durur. Bu vəzifələr sizə məlumdur. Ancaq onların bəzilərinin üzərində mən dayanmaq istəyirəm. Birincisi, beynəlxalq terrorizmlə mübarizə. Bu, həmişə aktual vəzifə olubdur. Ancaq ötən il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda baş vermiş dəhşətli terror hadisələrindən sonra beynəlxalq terrorizmin bütün bəşəriyyət üçün, bütün dünya üçün nə qədər təhlükəli olduğu bir daha aşkar oldu və təbiidir ki, bununla əlaqədar beynəlxalq terrorizmlə mübarizə güclənməlidir.

Azərbaycan öz coğrafi vəziyyətinə görə, ola bilər, beynəlxalq terrorizmin ayrı-ayrı qüvvələrinin fəaliyyət göstərməsi üçün cəlbedici olsun. Məhz sizin - Milli Təhlükəsizlik Nazirliyinin və Sərhəd Qoşunlarının əldə etdiyiniz materiallar, ayrı-ayrı terrorçuların, cinayətkarların yaxalanması, onların işlərinin istintaqı göstərir ki, həqiqətən, Azərbaycan bu barədə beynəlxalq terrorizm üçün bir hədəfdir. Beynəlxalq terrorizmin başqa ölkələrə keçməsi üçün də bir körpüdür. Ona görə bunları nəzərə almaq lazımdır və beynəlxalq terrorizmlə mübarizə sizin birinci növbəli vəzifəniz olmalıdır.

Sərhədlərin qorunması ilə yanaşı, narkotiklərin daşınmasının da qarşısının alınması çox vacib vəzifələrdən biridir. Təəssüflər olsun ki, bizimlə həmsərhəd ölkələrdən və onlarla həmsərhəd digər ölkələrdən narkotiklərin Şimala, Qərbə daşınması davam edir. Bunun qarşısı alınmalıdır. Birinci növbədə, yenə də Azərbaycan burada tranzit ölkə kimi narkotiklərin daşınması üçün əlverişlidir. İkincisi, Azərbaycanın özündə də narkotik maddələrin qəbul olunması, təəssüf ki, müəyyən qədər genişlənibdir. Ona görə də narkotiklərin xarici ölkələrdən Azərbaycana gətirilməsinin qarşısı ciddi şəkildə alınmalıdır.

Siz qaçaqmalçılıqla ciddi mübarizə aparmalısınız. Çünki bizim sərhədlərin möhkəmliyi və gömrük xidmətinin vəzifələri Azərbaycanın ticarət dövriyyəsinin təmin olunması üçün əsas şərtlərdir. Bunları təmin etmək lazımdır. Qaçaqmalçılığın genişlənməsi Azərbaycanın xarici ticarət dövriyyəsinə çox böyük zərər verir və bizim iqtisadiyyatımıza zərər verir. Ona görə siz bu məsələ ilə də çox ciddi məşğul olmalısınız.

Təəssüflər olsun ki, son illər müxtəlif ölkələrdən naməlum şəxslər sərhəddən keçərək Azərbaycanda yerləşiblər. Bəzi imkanlardan istifadə edərək, Azərbaycanda daimi yaşamağa başlayıblar. Bu, Azərbaycanın bu günü üçün, gələcəyi üçün təhlükəlidir. Biz imkan verə bilmərik ki, hansısa ölkədən naməlum şəxslər gəlib Azərbaycanda yerləşsinlər. Təəssüflər olsun ki, bunların içərisində çoxları cinayətkardır, yaxud cinayət etməyə meyllidir. Ona görə də bunlar çox təhlükəlidirlər. Bunların qarşısı ciddi alınmalıdır.

Sizin vəzifələriniz çoxdur. Mən, sadəcə, sizə bunları deyirəm. Çünki bunlar bu gün daha aktualdır. Bunların hamısını təmin etmək üçün gərək Sərhəd Qoşunlarının şəxsi heyəti Azərbaycan dövlətçiliyinə daim sədaqətli olsun, peşəsini mənimsəmək üçün öz üzərində daim işləsin, məşğul olsun, peşəkar sərhədçi olsun və Azərbaycan dövlətinə sədaqətlə xidmət etsin.

Biz Sərhəd Qoşunlarını Azərbaycanın Silahlı Qüvvələrində böyük yer tutan bir hissə hesab edirik, Sərhəd Qoşunlarının fəaliyyəti ilə daim məşğul oluruq və bundan sonra da məşğul olacağıq. Məhz buna görə də mən ilin yekunlarına dair apardığınız müzakirələrdən istifadə edərək, sizi bu görüşə dəvət etdim. Birincisi, sizinlə görüşdüm, sizi görmək istədim. İkincisi də, sizə bəzi tövsiyələrimi vermək istədim.

Mən ümidvaram ki, siz Azərbaycanın sədaqətli sərhədçiləri olacaqsınız və Azərbaycanın Sərhəd Qoşunlarının inkişaf etməsi üçün, möhkəmlənməsi üçün əlinizdən gələni edəcəksiniz. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

Mən sizi daha saxlamaq istəmirəm. Gedib işlərinizlə məşğul olun. Bir daha deyirəm, mənim əsas məqsədim ondan ibarət idi ki, sizinlə görüşüm və siz də mənimlə görüşəsiniz. Bununla da biləsiniz ki, Azərbaycan Prezidenti Sərhəd Qoşunlarına nə qədər çox diqqət yetirir, nə qədər çox qayğı göstərir. Sağ olun.

 X X X

Sərhəd Qoşunlarının komandanı general-mayor ELÇİN QULİYEV görüşdə məruzə ilə çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Cənab Ali Baş Komandan!

Xalqımızın, dövlətimizin rifahı, parlaq gələcəyi naminə gərgin iş rejiminizə və vaxtınızın məhdud olmasına baxmayaraq, bizi qəbul edərək bu gün bütün sərhədçilərimiz üçün əlamətdar etdiyinizə, sərhədçilərə olan daimi diqqət və qayğınıza görə Sərhəd Qoşunlarının bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı və ehtiramımızı bildirirəm.

Möhtərəm cənab Prezident!

Bu il martın 5-də Sərhəd Qoşunlarının ötən ilin yekunlarına dair müşavirəsi keçirilmiş, əldə olunmuş nəticələr, nöqsanlarımız təhlil edilmiş, fəaliyyətimizin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

Müşavirədə vurğulanmışdır ki, ötən ilin ən əlamətdar hadisəsi Sərhəd Qoşunlarının yaranmasının 82-ci ildönümünə həsr edilmiş təntənəli yığıncaqda Sizin iştirakınız olmuşdur. Sizin dərin məzmunlu nitqiniz və tövsiyələriniz hər bir sərhədçiyə Vətənə, xalqa, dövlətə sədaqət və xidmət dərsi olaraq, qoşunların fəaliyyət proqramına çevrilmişdir. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsinə dair verdiyiniz rəhbər göstərişləri və tapşırıqları layiqincə icra etmək, Heydər Əliyev hərb məktəbinin məzunları adını böyük fəxrlə daşımaq üçün bütün qüvvələrimizi səfərbər etmişik.

İl ərzində Rusiya Federasiyasının Dağıstan Respublikasında və Gürcüstanın Pankisi dərəsində əməliyyat şəraitinin gərgin olması nəzərə alınaraq, bu istiqamətlərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi məqsədi ilə konkret tədbirlər görülmüşdür.

Ötən ilin avqustunda Zaqatala və Balakən rayonları ərazisində yaranmış əməliyyat şəraiti ilə əlaqədar Zaqatala sərhəd dəstəsinin şəxsi heyəti gücləndirilmişdir.

Ötən il ərzində müasir tələblərə cavab verən döyüş hazırlığı proqramları, müxtəlif dərsliklər və təlimatlar hazırlanıb hərbi hissələrə göndərilmişdir.

Sərhəd Qoşunlarının hərbi hissələrinin təlim-tədris bazalarının genişləndirilməsi məqsədi ilə sərhəd dəstələrində və əlahiddə hərbi hissələrdə xeyli işlər görülmüşdür.

Məruzəçi bildirdi ki, ötən il qonşu dövlətlərin sərhəd qoşunları ilə əməkdaşlıq münasibətləri daha da genişləndirilmiş, bir sıra müqavilə və protokollar imzalanmışdır.

İl ərzində İran İslam Respublikası sərhədçiləri ilə qarşılıqlı münasibətlərin normallaşdırılmasına xüsusi diqqət yetirilmişdir. İran daxili işlər naziri müavininin dəvəti ilə bu ölkəyə rəsmi səfər zamanı dövlət sərhədinin mühafizəsi sahəsində ikitərəfli münasibətlərin inkişafı, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıq hallarına qarşı mübarizə aparılması, qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunmuş, səfərin yekunlarına dair protokol imzalanmışdır.

Keçən il qonşu ölkələrin sərhəd nümayəndələri ilə 230 görüş keçirilmişdir. Bu görüşlərdə, əsasən, sərhəd rejimi və məişət zəminində baş verən hadisələrin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur. Bəzi məsələlər barədə razılığa gəlmək mümkün olmadığından, onların diplomatik yolla həlli üçün Xarici İşlər Nazirliyinə müraciət edilmiş və müvafiq tədbirlər görülmüşdür.

2001-ci il ərzində ABŞ və NATO ilə əməkdaşlıq sahəsində də bir sıra nailiyyətlər əldə olunmuşdur. Belə ki, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi və onlara müasir texniki avadanlıqdan istifadə bacarığının aşılanması məqsədi ilə Amerika Birləşmiş Ştatlarının mütəxəssisləri tərəfindən 12 müxtəlif mövzulu təlim keçirilmişdir.

Natiq dedi ki, kadrların seçilməsi, yerləşdirlməsi və təkmilləşdirlməsi işi də diqqət mərkəzində olmuşdur. Mövcud tələblərə və yaranmış şəraitə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmiş və yeni layihə hazırlanaraq milli təhlükəsizlik nazirinə təqdim olunmuşdur.

Dəniz sərhədlərinin mühafizəsinin gücləndirlməsi üçün yeni, müasir tələblərə cavab verən sərhəd infrastrukturunun layihəsi hazırlanmış, sərhəd gözətçi gəmilər briqadasının bazası və 2 gözətçi gəmisi tam təmir olunmuşdur. Dövlət sərhədinin mühafizəsinin mühəndis baxımından gücləndirlməsi məqsədi ilə 10,6 kilometr əlavə maneə çəpəri quraşdırılmış, 376,3 kilometr nəzarət iz zolağı və 34,4 kilometr nəzarət zolağı çəkilmişdir.

Məruzəçi vurğuladı ki, 2000-ci ilin aprelində Binə hava limanındakı vəziyyətlə əlaqədar keçirilmiş müşavirədə sərhədçilərin ünvanına deyilmiş tənqiddən nəticə çıxarılmış, nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Müasir dövrün tələbləri nəzərə alınaraq, xarici dilləri bilən və müasir texniki avadanlıqla işləmək bacarığı olan 40 nəfər qadın həqiqi hərbi xidmətə qəbul edilmişdir.

Azərbaycan Respublikası dövlət sərhədindən buraxılış məntəqələrinin xidmətinin Avropa standartları səviyyəsində təşkil edilməsi üçün bir çox beynəlxalq qurumlar, xüsusən Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əlaqələr yaradılmış, Binə hava limanında sərhəd proseduralarının sadələşdirilməsi məqsədi ilə sərhəd nəzarətini monitorinqi keçirilmişdir.

Sərhədyanı əhalinin, təşkilatların sərhədin mühafizəsində məsuliyyətlərinin artırılması məqsədi ilə Sərhəd Qoşunları və sərhəd dəstələri rəhbərliyi tərəfindən yerli hüquq-mühafizə orqanları ilə birgə müvafiq tədbirlər həyata keçirilir.

Sərhəd Qoşunlarının komandanı bildirdi ki, ötən il ərzində dövlət sərhədinin mühafizəsinin əməliyyat cəhətdən təminatı gücləndirilmiş, ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılan tədbirlər nəticəsində bir sıra uğurlar qazanılmışdır. Üçüncü ölkə vətəndaşlarının saxta sənədlərlə ölkə ərazisindən Avropa ölkələrinə getmə şəbəkəsi müəyyən olunmuş, 2001-ci ildə Binə hava limanında saxta sənədlərlə Avropa və MDB ölkələrinə getmək istəyən 104 nəfər, o cümlədən siqnal çərçivəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 nəfər xarici ölkə vətəndaşı saxlanılmışdır. Dövlət sərhədində mütəşəkkil bələdçi qrupların fəaliyyəti barədə alınmış məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 belə qrup ifşa olunmuş və 23 nəfər tutulmuşdur.

Şəxsi heyətin təlim-tərbiyə işləri də diqqət mərkəzindədir. Sərhəd Qoşunları Baş İdarəsində “Heydər Əliyev siyasi məktəbini öyrənirik” silsiləsindən “Heydər Əliyev-Azərbaycan dövlətçiliyi və ordu quruculuğu” mövzusunda elmi-praktiki konfrans keçirilmiş, həmin mövzuya həsr edilmiş kitab və foto sərgilər təşkil olunmuşdur. Dövlət televiziyası, digər kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr saxlanmış, Sərhəd Qoşunlarının fəaliyyətini əks etdirən silsilə verilişlər və məqalələr hazırlanaraq şəxsi heyətin və respublika ictimaiyyətinin diqqətinə çatdırılmışdır.“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respubilkası dövlət müstəqilliyinin onuncu ildönümü” ilə əlaqədar Prezident Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə geniş tədbirlər planı hazırlanaraq hərbi hissələrə göndərilmiş, bütün kateqoriyadan olan hərbi qulluqçularla əlavə məşğələlər təşkil edilmiş və tədbirlərin icrası daim nəzarətdə saxlanılmışdır. Dövlət sərhədindən buraxılış məntəqəsi rejimini pozduğuna görə 5058 nəfər saxlanılmış, axtarışda olan 38 nəfər şəxs saxlanılaraq hüquq-mühafizə orqanlarına o cümlədən, İnterpola təhvil verilmişdir.

Məruzəçi axırda dedi: Cənab Ali Baş Komandan! İl ərzində görülmüş müsbət işlərlə yanaşı, Sərhəd Qoşunlarının fəaliyyətində nöqsan və çatışmazlıqların da çox olmasını etiraf edirik.

Hazırki vəziyyət bizi heç də qane etmir, nöqsanlarımızı və onların həlli yollarını görürük. Sərhəd Qoşunları öz sabahına ümidlə və inamla baxır. Bizdə bu ümidi və inamı doğuran Sizsiniz, möhtərəm cənab Prezident! Sizin rəhbərliyiniz altında Azərbaycanın son illərdə daxili və xarici siyasətdə qazandığı uğurlardır!

Cənab Ali Baş Komandan!

Tam məsuliyyətlə məruzə edirəm ki, Sərhəd Qoşunlarının bütün şəxsi heyəti Sizin əmrlərinizi yerinə yetirməyə daim hazırdır. Bütün sərhədçilərimiz adından Sizi əmin edirəm ki, Sərhəd Qoşunlarının hər bir hərbi qulluqçusu Azərbaycan dövlətinin və şəxsən Sizin ona göstərdiyiniz etimadı doğruldacaq, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə, dövlətimizə və xalqımıza həmişə sadiq olacaq, dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmək üçün əlindən gələni əsirgəməyəcəkdir!

Məruzəçi axırda konkret rəqəmlər gətirərək bildirdı ki, ötən il dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 6853 nəfər saxlanılmışdır ki, bunların 1501 nəfəri sərhəd pozucusu olmuşdur. Təxminən 5 milyard 18 milyon 36 min manat dəyərində qaçaqmal, 24,9 kiloqram narkotik maddə aşkar edilərək götürülmüşdür.

X X X

Milli təhlükəsizlik naziri, general-polkovnik NAMİQ ABBASOV Ali Baş Komandan Heydər Əliyevə təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident, Ali Baş komandan Sizin bugünkü görüşünüz ölkəmizin milli təhlükəsizliyinə göstərdiyiniz diqqət və qayğının təzahürüdür. Sərhəd Qoşunlarının komandanı Sərhəd Qoşunlarının şəxsi heyəti adından Sizə söz verdi ki, sərhəd qoşunları Sizin qarşıya qoyduğunuz bütün vəzifəlrin icrası üçün əlindən gələni əsirgəməyəcək. Mən nazirliyin bütün şəxsi heyəti adından bu vədi, inamı Sizə ifadə etmək istəyirəm.

Sizin bu gün qarşıya qoyduğunuz vəzifələr sözün tam mənasında bizi qanadlandırır. Siz bizim qarşımızda yeni üfüqlər açdınız, bizə yeni inam verdiniz. Sizi inandırım ki, sərhəd qoşunlarının kadr hazırlığı məsələsi son iki ildə demək olar, hər həftə bizim müzakirə mövzumuz olubdur. Biz bu il 100 nəfər kadr hazırlamaq istəyirdik. Siz bizim qarşımızda ildə 200 nəfər kadr hazırlamaq vəzifəsini qoydunuz və təminatını verdiniz.

HEYDƏR ƏLİYEV: Bəli.

NAMİQ ABBASOV: Cənab Prezident, biz Sizə hədsiz minnətdarıq. Sizi bir daha əmin edirik ki, Milli Təhlükəsizlik Naziriliyinin şəxsi heyəti ölkəmizin milli təhlükəsizliyi, ərazi bütövlüyü, suverenliyi naminə qarşıya qoyduğunuz bütün tələbləri layiqincə yerinə yetirmək üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Cənab Prezident, Sizə bir daha minnətdarıq.

HEYDƏR ƏLİYEV: Sizə inanıram. Sağ olun.

Görüşdə Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar