RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
ÖZBƏKİSTAN PREZİDENTİNİN İQAMƏTGAHINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
İqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti İslam Kərimov və xanımı Tatyana Kərimova
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı iqamətgahın önündə hərarətlə, hörmət və ehtiramla qarşıladılar.
Prezidentlər iqamətgaha daxil olaraq, salonda dövlət bayraqları qarşısında xatirə şəkli çəkdirdilər.
Sonra dövlət başçıları iqamətgahın qarşısına gəldilər. Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Prezidentlər hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin üzvlərini Prezident İslam Kərimova təqdim etdi.
Prezident İslam Kərimov Özbəkistanın yüksək vəzifəli şəxslərini Prezident İlham Əliyevə təqdim etdi.