RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ SİLAHLI QÜVVƏLƏRİNİN AVROPA KOMANDANININ MÜAVİNİ, GENERAL UİLLİAM VORDU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Prezident sarayında ABŞ Silahlı Qüvvələrinin Avropa komandanının müavini, general Uilliam Vordu qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə etdi.
General Uilliam Vord ölkəmizə ilk səfərindən məmnun olduğunu bildirdi. Prezident İlham Əliyevin ABŞ-a səfərinin müvəffəqiyyətlə həyata keçdiyini qeyd edən ABŞ Silahlı Qüvvələrinin Avropa komandanının müavini ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.