RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Prezident seçkilərində belə uğurlu qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Cavan, lakin artıq təcrübəli siyasətçi kimi Sizin şəxsiyyətiniz Gürcüstanda geniş şöhrətə malikdir və biz Azərbaycan Respublikasında seçkilərin gedişini böyük diqqət və gərginliklə izləyirdik.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun heç bir yetirməsi öz karyerasında Sizin kimi belə yüksək zirvəyə ucalmamışdır. Biz, MDBMİ-nin bütün məzunları Sizinlə fəxr etməliyik.
Mən artıq qohum və dostlarımdan təbriklər alıram.
Sizə möhkəm cansağlığı və belə çətin, məsul işinizdə Azərbaycan xalqının rifahı naminə yeni-yeni uğurlar arzulayıram.
Sizi möhkəm-möhkəm bağrıma basıram.
Sizin dostunuz və təəssübkeşiniz,
David Axvlediani.