Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU ZAKİR QARALOVUN ÇIXIŞI

- Hörmətli sədr!

Hörmətli mərasim iştirakçıları!

Hər şeydən əvvəl, millət vəkili Abutalıb Səmədovun “Azərbaycanın qurtuluş tarixi” və “Böyük Xilaskar” kitablarının təqdimat mərasiminə dəvət olunduğuma və mənə çıxış üçün şərait yaradıldığına görə tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm.

Danılmaz bir həqiqətdir ki, müstəqilliyinin 13 ili ərzində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu kimi möhtəşəm məqsədləri həyata keçirməyə nail olmuş Azərbaycan Respublikası hazırda öz yeni inkişaf tarixini yaşayır.

Heydər Əliyev dövlətçilik-idarəçilik məktəbinin və siyasi xəttinin layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın dinamik xətlə sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, demokratik dəyərlərin tam şəkildə reallaşması və ölkəmizin dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyası, doğma torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində müəyyənləşdirilmiş uzaqgörən strateji xəttə uyğun olaraq, məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu gün Azərbaycan öz mövcudluğuna və sərbəst şəkildə, xalqının mənafeyinə uyğun inkişaf etmək imkanları əldə etdiyinə görə yalnız və yalnız kəşməkəşli tariximizin Qurtuluş dövrünə borcludur. Çünki 1993-cü ilin iyun ayının 15-də Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdış etməklə tarixi Qurtuluş missiyasının əsasını qoyan xalqımızın ümummilli lideri, müstəqil tariximizin yaradıcısı Heydər Əliyevin müdrik və dahiyanə uzaqgörənliklə həyata keçirdiyi dövlətçilik siyasəti nəticəsində millətimiz və kövrək addımlarını atan müstəqil dövlətimiz məhv olmaq təhlükəsindən qurtuldu, vətəndaş müharibəsi və qardaş qırğınının qarşısı alındı, suverenliyimiz və dövlətçiliyimizin itirilməsinə yönəldilmiş dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı.

Heç də təsadüfi deyildir ki, “Əsrin müqaviləsi”nin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü xarakterizə edərək demişdir: “1994-cü ildə ölkəmizdə vəziyyət çox çətin idi. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlanmışdı, iqtisadiyyat isə tamamilə dağıdılmışdı. Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başladı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Biz sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Həmin dövrlərdə milli müstəqilliyimizə, dövlətçiliyimizə qarşı yönəldilmiş hər bir cinayətkar qəsdin özəyində də, ilk növbədə, ümummilli liderimiz Heydər Əliyevin həyatına sui-qəsd dururdu. Müstəqilliyimizin düşmənlərinə də gün kimi aydın idi ki, Azərbaycanın qurtuluşu böyük xilaskar Heydər Əliyevsiz qeyri-mümkündür. İnanmıram ki, dünyanın ikinci elə bir ölkəsi və dövlət başçısı olsun ki, çoxsaylı terror aktları və cinayətkar qəsdlərə baxmayaraq, yalnız öz xalqının gücü ilə bu qədər çətinliklərin öhdəsindən gələ bilsin, öz məmləkətinin qurtuluşunu təmin etsin. Mən burada xalqımızın iradəsini, hüquq mühafizə orqanlarının gərgin əməyini də qeyd etməklə yanaşı, onu da bildirmək istəyirəm ki, Heydər Əliyevi Azərbaycan üçün, hər şeydən əvvəl, Böyük Yaradan özü qorumuşdur.

İnkişaf tariximizin ən kəşməkəşli və faciəli bir dövründə hakimiyyətə gəlməklə Azərbaycanı bütün bu bəlalardan xilas etmiş ümummilli liderimiz Heydər Əliyevin titanik fəaliyyətinin və xilaskarlıq missiyasının qiymətini verən qədirbilən xalqımızın təkidi ilə 15 iyun 1993-cü il Azərbaycan tarixinə “Milli qurtuluş günü” kimi həkk olunmuşdur.

Qədim tarixi olan ölkəmizin və öz azadlığı uğrunda əsrlər boyu mübarizə aparmış xalqımızın tərəqqi və inkişaf yolunun ayrılmaz hissəsi olan Azərbaycanın qurtuluş tarixi və ümummilli liderimiz Heydər Əliyevin xilaskarlıq missiyası haqqında kitab yazmaq və fikir söyləmək çox şərəfli, lakin eyni zamanda, böyük məsuliyyət tələb edən çətin bir işdir. Çətinliyi artıran bir məsələ də ondan ibarətdir ki, bu kitabların oxucuları olacaq hər bir vətəndaş, eyni zamanda da qurtuluş tariximizin canlı şahidləridir.

Hesab edirəm ki, hörmətli Abutalıb Səmədov bu şərəfli və məsuliyyətli işin öhdəsindən bacarıqla gəlməklə, Azərbaycanın qurtuluş tarixini və ümummilli liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasının bütün mərhələlərini xronoloji ardıcıllıqla və obyektiv reallıqlara uyğun şəkildə əks etdirə bilmişdir.

Azərbaycanın müstəqil inkişaf yolu əzablı və çətin olmuşdur. Çünki müstəqilliyimizi gözü götürməyən qüvvələrin, öz siyasi ambisiyaları və hakimiyyət hərislikləri naminə Azərbaycanı güdaza verməyə, xalqının mənafelərini satmağa hazır olan “üzdəniraq” siyasətçilərin və onları xaricdən dəstəkləyən mərkəzlərin planlı surətdə həyata keçirilən hərəkətləri nəticəsində ölkəmiz “olum və ya ölüm” sualı qarşısında qalmışdı.

Öz xalqına qarşı ağır cinayətlər törətməkdən belə çəkinməyən Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov kimi təsadüfi və səriştəsiz adamların xəyanətkar hərəkətləri, hakimiyyətdə olduqları qısa müddət ərzində kütləvi özbaşınalıqlara və anarxiyaya, separatçılığa rəvac verən AXC-Müsavat iqtidarının naşı siyasəti nəticəsində Azərbaycanın hansı təhlükələrlə üzləşdiyi hamınıza yaxşı məlumdur.

Həmin dövrdə Azərbaycan öz müstəqilliyini birdəfəlik itirmək təhlükəsi qarşısında qalmışdı, ölkədə vətəndaş müharibəsi başlanmışdı, cinayətkar aləm qanunçuluğa və hüquq mühafizə orqanlarına meydan oxuyurdu, şəxsiyyətin hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması adi bir hala çevrilmişdi. Hakimiyyət uğrunda gedən çəkişmələr və silahlı mübarizə ona gətirib çıxardı ki, torpaqlarımızın 20 faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan artıq həmvətənimiz öz doğma yurdlarından didərgin düşmüşdü.

Xalqın israrlı tələbi ilə Bakıya gələn böyük öndər Heydər Əliyev Ali Sovetin sədri kimi fəaliyyətə başladığı ilk aylarda “Talış-Muğan Respublikası” yaratmaq adı altında Azərbaycanı parçalamaq məqsədləri güdən Əlikram Hümbətov və Rəhim Qazıyevin rəhbərliyi altında seraratçı qüvvələrin xəyanəti ilə üzləşdi. Vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısı Heydər Əliyevin atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində alındı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr zərərsizləşdirildi.

Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi. Böyük Xilaskarımızın Bakıya gəlməsindən bir neçə ay sonra ölkədə vəziyyət sabitləşdirildi və daha ağır nəticələrin qarşısını almaq mümkün oldu. Sanki millət və dövlət uçuruma yuvarlanan bir zamanda Böyük Xilaskarın möcüzəli qüvvəsi ilə uçurumun kənarında saxlanıldı.

Atəşkəs əldə edilməklə xalqımız üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməklə yanaşı, işğal olunmuş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami Milli Ordu formalaşdırıldı.

Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, o, özünün yaratdığı sabitlik şəraitindən istifadə edərək, ölkəmizin iqtisadi müstəqilliyinin və əhalinin rifahının təmin edilməsinə yönəldilmiş Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını yaratdı və onun mərhələ-mərhələ həyata keçirilməsini təmin etdi.

Azərbaycan Respublikası Prezidentinin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 994-cü il 9 avqust tarixli Fərmanı ilə cinayətkarlığa qarşı barışmaz müharibə elan edilməklə bütün hüquq mühafizə orqanlarının işinin yeni müstəvidə formalaşdırılması işinə start verildi.

Azərbaycan günü-gündən müstəqil dövlət kimi möhkəmlənir, ictimai-siyasi sabitlik dönməz xarakter alırdı. Lakin itirilmiş hakimiyyətlərini geri qaytarmaq xülyaları ilə yaşayan destruktiv qüvvələrin dövlətçiliyimizə qarşı yönəldilmiş cinayətkar niyyətləri mərhələ-mərhələ reallaşırdı.

Ağır dövləti cinayətlərdə ittiham olunan Rəhim Qazıyev, Əlikram Hümbətov və qeyrilərinin “Əsrin müqaviləsi”nin imzalanmasından bir gün sonra Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılması, 1994-cü il sentyabrın 29-da Ali Sovet sədrinin müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirilməsi, 1994-cü il oktyabrın 2-də Azərbaycan Respublikası prokurorluğuna quldurcasına basqın törədilməsi yuxarıda qeyd edildiyi kimi, ümumi cinayətkar planın tərkib hissələri idi.

Hakimiyyəti, nəyin bahasına olursa-olsun, qeyri-konstitusion yolla ələ almaq kimi cinayətkar niyyətlərini həyata keçirməyi qarşılarına məqsəd qoyan Surət Hüseynov, Rövşən və Mahir Cavadov qardaşlarının rəhlərliyi altında 1994-cü ilin oktyabr ayında Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə cəhd göstərildi.

Dövlət başçısının fiziki cəhətdən məhv edilməsi məqsədi ilə Rövşən və Mahir Cavadov qardaşlarının birbaşa göstərişinə əsasən 1994-cü ilin dekabr ayında Elçin Əmiraslanov və Əliyusif Tahirovun başçılıq etdiyi cinayətkar dəstə Sabunçu rayonu ərazisində körpünün altında içərisində partlayıcı maddələr doldurulmuş iki ədəd qurğu quraşdırdı, xarici səfərdən qayıdan ölkə Prezidentinin olduğu avtomobili körpüdən keçdiyi anda partlatmağa cəhd göstərdi.

Xarici ölkələrdəki himayədarlarının və hakimiyyətə gəlmək naminə şeytanla da ittifaqa girməyə hazır olan müxalifət qüvvələrinin köməyi ilə 1995-ci ilin mart ayında Mahir və Rövşən Cavadov qardaşlarının başçılığı ilə Azərbaycanda dövlət hakimiyyətini ələ keçirməyə növbəti silahlı cəhd edildi.

Dövlətçiliyimiz əleyhinə yönəldilmiş bütün cinayətkar qəsdlərin qarşısı öz xalqının mütləq dəstəyinə və etimadına arxalanan ümummilli liderimiz Heydər Əliyevin zamanın sınaqlarından çıxmış zəngin təcrübəsi və müdrikliyi, mübarizliyi və milli mənafelərə sadiqliyi sayəsində alınmaqla, Azərbaycanın müstəqil inkişafı yolunda olan bütün maneələrin aradan qaldırılması təmin edildi.

Ayaz Mütəllibovların, Vaqif Hüseynovların, Mahir və Rövşən Cavadovların, Surət Hüseynovların, Əlikram Hümbətovların, Rəsul Quliyevlərin və onlara yarınmaq istəyənlərin cinayətləri həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə tamamilə sübuta yetirilmiş, bir çoxları öz layiq olduqları cəzalarını almış, digərləri isə qaçıb xarici ölkələrin ərazilərində gizlənmələrinə baxmayaraq, məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.

Tarix və qədirbilən Azərbaycan xalqı müstəqilliyimizin əleyhinə yönəldilmiş bu cinayətlərin əsil qiymətini vermişdir.

Təəssüflər olsun ki, bütün bunlar Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyətə gəlmək istəyən pozucu qüvvələrə dərs olmamışdır. Nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək planlarını reallaşdırmaq istəyən radikal müxalifət qüvvələri tərəfindən 15-16 oktyabr 2003-cü ildə Bakı şəhərində törədilmiş və ictimai qaydanın kobud şəkildə pozulması, paytaxtın mərkəzi küçələrində zorakılıqlara və talanlara yol verilməsi, asayişi mühafizə edən çoxsaylı polis əməkdaşı və daxili qoşunların əsgərlərinə, mülki vətəndaşa müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, dövlət və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi ilə nəticələnən kütləvi iğtişaş hadisələri onu göstərdi ki, dövlətçiliyimizin müdafiəsi işində həmişə sayıq və barışmaz olmaq lazımdır.

Respublikanın hüquq mühafizə orqanları ümummilli liderimiz Heydər Əliyev tərəfindən daimiliyi və əbədiliyi üçün bütün təminatlar yaradılmış dövlət müstəqilliyimizin göz bəbəyi kimi qorunması, ictimai-siyasi sabitliyi pozmağa istiqamətləndirilmiş bütün cinayətkar qəsdlərin qarşısının qətiyyətlə alınması, belə qanunsuz hərəkətlərdə iştirakı olan bütün şəxslərin törətdiyi əməllərə görə qanun qarşısında cavab verməsi üçün zəruri tədbirlər görəcəkdir.

Bu gün Azərbaycan xalqı qurtuluş tarixi salnaməsinin yeni və şərəfli bir mərhələsini yaşayır. Yaxın günlərdə xalqımız cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin bir illiyini qeyd edəcəkdir. Doğma xalqına xidməti öz həyat amalı kimi qəbul edən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bir ilə yaxın müddət ərzində sübut etmişdir ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Prezident İlham Əliyev regionların hərtərəfli inkişafı hesabına ölkəmizin iqtisadi tərəqqisi üçün daim çalışır, uzaqgörən xarici siyasət tədbirləri ilə respublikamızın dünya dövlətləri birliyində layiqli yerini tutması və Dağlıq Qarabağ probleminin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Millətin mütləq əksəriyyətinin dəstəyinə arxalanan bu siyasətin uğurla nəticələnəcəyi şəksizdir.

Hörmətli mərasim iştirakçıları!

Təqdim olunan kitablarda Azərbaycanın yaxın keçmişinin istintaq və məhkəmə proseslərində toplanmış sənədlər və materiallara əsaslanmaqla, ətraflı məlumatlar verilməklə real mənzərəsi yaradılmışdır. Mən “Azərbaycanın qurtuluş tarixi” və “Böyük Xilaskar” kimi dəyərli kitabların işıq üzü görməsi münasibətilə bir daha Azərbaycan ictimaiyyətini təbrik edirəm və müəllifinə yeni yaradıcılıq uğurları diləyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib