RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Zati-aliləri,

Respublika günü münasibətilə kanadalılar adından ən səmimi arzularımı Sizə və Azərbaycan xalqına göndərdiyimə görə xoşbəxtəm.

Kanada ilə Azərbaycan arasında əlaqələr neçə illərdir ki, möhkəmlənmişdir. Kanada ölkənizdə demokratiyanın uğurlarını və xalqınız üçün yaxşı hakimiyyətin olmasını izləyir ki, bu da regionda sabitliyə və müvəffəqiyyətə gətirib çıxaracaqdır.

Bu bayram günündə Sizə və xalqınıza ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Edriyen Klarkson

Kanadanın general-qubernatoru

28 may 2004-cü il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin