RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Biz qarşınıza məqsəd qoyduğunuz demokratik konstitusional dövlətin qurulması, bazar iqtisadiyyatına keçid prosesində Azərbaycanın səylərini və onun Avropa, eləcə də Avratlantik strukturlarına münasibətini böyük maraq və iftixar hissi ilə müşahidə edirik. Macarıstan həmin səyləri alqışlayır və dəstəkləyir, o cümlədən demokratiya və inteqrasiya sahəsində əldə etdiyi təcrübəsi ilə bölüşməyə hazır olduğunu bəyan edir.
Cənab Prezident,
Mən Sizi əmin edə bilərəm ki, ölkələrimiz arasındakı əməkdaşlığın və xalqlarımızı bir-birinə bağlayan ənənəvi dostluğun daha da möhkəmləndirilməsi bundan sonra da mənim vacib məqsədim olacaqdır. Fürsətdən istifadə edərək, mənə göndərdiyiniz xoş dəvətə görə minnətdarlığımı bildirirəm. Bu məsələyə yaxın gələcəkdə baxıla bilər.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Laşlo Şoyom
Macarıstan Respublikasının Prezidenti