SİYASƏT
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTI SEÇKİLƏRİ ÜZRƏ 13 SAYLI ƏZİZBƏYOV BİRİNCİ DAİRƏ SEÇKİ KOMİSSİYASININ ÜZVÜ ƏMRULLA BALAHÜSEYN OĞLU DADAŞZADƏ BARƏSİNDƏ ƏZİZBƏYOV RAYON MƏHKƏMƏSİNİN QƏRARI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI SEÇKI KOMISSIYASININ Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən xahiş edilsin ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə 13 saylı Əzizbəyov birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Əmrulla Balahüseyn oğlu Dadaşzadənin Əzizbəyov rayon məhkəməsinin Qərarı ilə inzibati qaydada həbs edilməsinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 33.2-ci maddəsinə uyğunluğunu aydınlaşdırsın.
Qərar N 16/93
19 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.M.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.C.Mahmudov