Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİNİN MİLLİ QVARDİYASININ DÖYÜŞ BAYRAĞI HAQQINDAƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 04 oktyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir1.Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, dövlət mühafizəsi üzrə hərbi hissəyə həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

2.Döyüş Bayrağı adı və nömrəsinin dəyişdirilməsindən asılı olmayaraq, Milli Qvardiyada həmişəlik qalır. Milli Qvardiyanın adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən Təqdimata yazılır.

3.Döyüş Bayrağı hər vaxt Milli Qvardiyada, döyüş meydanında isə Milli Qvardiyanın döyüş əməliyyatları bölgəsində olmalıdır.

4.Milli Qvardiyanın bütün şəxsi heyəti tərəfindən fədakarlıq və mərdliklə qorunmalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verilməməlidir. Döyüş Bayrağı itirildikdə, Milli Qvardiyanın komandanı və bu rüsvayçılığa müqəssir olan hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, Milli Qvardiya isə ləğv edilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin