SİYASƏT
AZƏRBAYCAN VƏ BELARUS İKİTƏRƏFLİ İQTİSADİ-TİCARƏT ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRMƏKDƏ MARAQLIDIR
Azərbaycan və Belarus respublikaları arasında iqtisadi-ticarət əlaqələrini genişləndirməyə dair perspektiv planları müzakirə etmək üçün hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri mayın 19-20-də Minsk şəhərində danışıqlar aparmışlar.
Respublika Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycanı birinci ərazi idarəsinin rəisi İbrahim Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Hər iki respublika ikitərəfli iqtisadi-ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Xatırladaq ki, tərəflər arasında sonuncu dəfə oxşar danışıqlar 2001-ci ilin avqust ayında Bakıda keçirilmişdi.