İQTİSADİYYAT
AZƏRBAYCAN VƏ GÜRCÜSTAN QADINLARI BİRĞƏ LAYİHƏ HƏYATA KEÇİRİRLƏR
Azərbaycan Respublıkası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Mılli Konfederasiyası (ASK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Azərbaycan və Gürcüstanda İşəgötürənlər təşkilatları vasitəsilə qadın sahibkarlığın və özünüməşğulluğun inkişafı” adlı layihəsini həyata keçirir.
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, layihənin məqsədi hər iki ölkədə qadın sahibkarlığın vəziyyətini araşdırmaq, müvafiq statistik məlumat toplamaq, qadın sahibkarlığı sahəsində mövcud problemləri və inkişaf perspektivlərini müəyyənləşdirməkdir.
Adı çəkilən layihə çərçivəsində hər iki respublıkadan qadın sahibkarlığı üzrə məsləhətçilərin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə ASK və BƏK birlikdə Bakıda məsləhətçilərin kursunu təşkil edirlər. Bir həftəlik kurs BƏT Cenevrə ofisinin və Turin Beynəlxalq Treninq Mərkəzinin məsləhətçiləri tərəfindən aparılacaqdır.