ELM VƏ TƏHSİL


“Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 13-nə olan cədvəli

Bakı, 12 iyul, AZƏRTAC 

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 13-nə olan cədvəli təqdim edilib.

Təhsil Nazirliyindən AZRƏTAC-a bildirilib ki, proqramda ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və sair təqdim olunacaq. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək. “Dərs vaxtı” abituriyentlərin təhsillərini davam etdirmək arzusunu alqışlayır və bu işdə onlara kömək etməyə hazır olduğunu bildirir.

Təhsil Nazirliyi “Abituriyentlər üçün dərs vaxtı”nı izləməyi tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.