İDMAN


Abşeron Olimpiya İdman Kompleksində tayboks üzrə respublika turnirinə start verilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Abşeron Olimpiya İdman Kompleksində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında tayboks üzrə respublika turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 25 klubdan 200-ə yaxın idmançı iştirak edir.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.