REGİONLAR


Abşeron rayonunda növbəti ağacəkmə aksiyası

Xırdalan, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun kənd və qəsəbələrində ağacəkmə aksiyası davam edir. Rayonun yaranmasının 55 illik yubileyinə həsr olunmuş növbəti aksiya Mehdiabad qəsəbəsində keçirilib.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin və kənd bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Novxanı-Mehdiabad avtomobil yolunun kənarı tullantılardan təmizlənib, 400 ədəd həmişəyaşıl ağac, çinar, zeytun və digər ağaclar əkilib.

İlin sonuna kimi qəsəbənin daxili və magistral avtomobil yollarının kənarlarına 4 min ağac və gül kollarının əkilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.