REGİONLAR


Abşeronda maarifləndirici tədbir - Erkən nikaha yox deyək

Sumqayıt, 2 fevral, AZƏRTAC

Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonunda yerləşən Zəngilan şəhərciyindəki Mədəniyyət Evində “Erkən nikaha yox deyək” mövzusunda tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çıxış edən polis əməkdaşları və tədbirə dəvət olunmuş qonaqlar erkən nikaha qarşı görülən işlərdən söz açıblar.

Onlar məsələ ilə bağlı həm yeniyetmə və gənclərimizin, həm də onların valideynlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Erkən yaşda qurulan nikahların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyi vurğulanıb. Erkən nikahın gələcəkdə ailədaxili, həmçinin psixoloji problemlərin yaranmasına səbəb olduğu bildirilib. Bu problemlərin baş verməməsi üçün gənclərin mütləq şəkildə təhsilə yönəlməsinin və mükəmməl savada yiyələnməsinin zəruriliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.