REGİONLAR
Abşeronda pandemiya əleyhinə aparılan genişmiqyaslı tədbirlər davam etdirilir
Xırdalan, 5 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
COVID-19 infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən yaradılmış komissiya fəaliyyətini davam etdirir.
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elçin Quliyev AZƏRTAC-a bildirib ki, komissiya tərəfindən mütəmadi olaraq COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilməkdədir. Artıq komissiyanın fəaliyyətinin 14- cü günüdür və müəyyən müsbət nəticələr əldə edilib.
Elçin Quliyev qeyd edib ki, əvvəlki günlərdə olduğu kimi, bu gün də komissiyanın üzvləri tərəfindən sakinlərlə maarifləndirici söhbətlər aparılıb.
Görüşlər zamanı istər vaksinasiya, istərsə də xəstəlik haqqında vətəndaşları maraqlandıran suallara mütəxəssislər tərəfindən tam və ətraflı cavablar verilir.