ELM VƏ TƏHSİL


Əcnəbi tələbələrə Azərbaycan Xalça Muzeyinin eksponatları barədə məlumat verilib

Bakı, 11 mart, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) müxtəlif ixtisaslar üzrə təhsil alan 15 əcnəbi tələbə Azərbaycan Xalça Muzeyində olub.

BSU-dan AZƏRTAC-a bildirilib ki, ekskursiya Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini dünyaya tanıtmaq məqsədilə təşkil edilib. Bələdçilər tərəfindən əcnəbi tələbələrə muzeyin ekspozisiyasında nümayiş olunan xalçalar, tikmələr, zərgərlik məmulatları, arxeoloji eksponatlar göstərilib, hər bir eksponat haqqında ingilis və rus dillərində geniş məlumat verilib.

Universitetin əcnəbi tələbələri və onları müşayiət edən rus ədəbiyyatı tarixi kafedrasının dosenti Mahrux Tağıyeva muzeyin xatirə dəftərində ürək sözlərini yazıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.