İQTİSADİYYAT


Əczaçılıqla məşğul olan şəxslər mənfəət vergisi ödəməlidirlər

Bakı, 10 oktyabr, AZƏRTAC 

Hüquqi şəxs müvafiq lisenziya almaqla əczaçılıq fəaliyyəti ilə məşğul olduğu təqdirdə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən bina tikintisi fəaliyyətilə məşğul olan şəxslər istisna olunmaqla, lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Odur ki, əczaçılıq fəaliyyəti lisenziya tələb etdiyindən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.