İDMAN


Adam Navalka Polşa yığmasının baş məşqçisi vəzifəsindən gedəcək

Varşava, 4 iyul, AZƏRTAC

Adam Navalka bu il iyulun 30-da futbol üzrə Polşa yığmasının baş məşqçisi vəzifəsindən gedəcək. Bunu Polşa Futbol İttifaqının prezidenti Zbiqnev Bonek birgə mətbuat konfransında bildirib.

Adam Navalkanın rəhbərliyi ilə Polşa futbolçuları Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsindən çıxa bilməyiblər. Polşa Seneqal və Kolumbiya yığmalarına uduzub, Yaponiya yığması ilə matçda isə qapıdan yalnız bir qol keçirə bilib.

A.Navalka Polşa yığmasının məşqçilər heyətinə 2013-cü ildən başçılıq edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.