İDMAN


Aerobika gimnastikası üzrə Avropa çempionatında üç idmançımız mübarizə aparacaq

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 17-19-da İtaliyanın Pezaro şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, çempionatda ölkəmizi qadınların mübarizəsində Nurcan Cabbarlı və Dilarə Qurbanova, kişilərin yarışında də isə Vladimir Dolmatov təmsil edəcək.

Çempionatda dünya və Avropa çempionlarının iştirakı gözlənilir. Belə ki, mayın 27-29-da Bakıda təşkil olunan dünya çempionatının qalibi türkiyəli Ayşe Onbaşı və İspaniya idmançısı Migel Manenin də iştirakı dəqiqləşib.

Qeyd edək ki, Avropa çempionatında 164 yeniyetmə və 163 böyük gimnast medallar uğrunda mübarizə aparacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.