DÜNYA


Əfqanıstan: polis idarəsinə hücum nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb

Bakı, 17 oktyabr, AZƏRTAC

Əfqanıstanın şərqindəki Paktiya əyalətinin Qardez şəhərində polis idarəsinə hücum nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb, 160-a yaxın insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölənlərin 20-si polis əməkdaşları, 21 isə dinc sakinlərdir. Həlak olanlar arasında əyalətin polis rəisi Torialay Abdianai də var.

Xatırladaq ki, bu gün səhər saatlarında polis idarəsi silahlı hücuma məruz qalıb. Hücumun məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.