DÜNYA


Əfqanıstanda “Taliban” silahlıları hərbi bazaya hücum ediblər

Bakı, 3 may, AZƏRTAC

Əfqanıstanın qərbində “Taliban” hərəkatı silahlılarının hərbi bazaya hücumu nəticəsində azı 18 əsgər həlak olub, daha on nəfər yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, taliblər mayın 3-nə keçən gecə xüsusi olaraq qazılmış tunel vasitəsilə Fərah əyalətinin Bala-Baluk qəzasında yerləşən hərbi bazaya soxulublar. Əyalət qubernatorunun yerli KİV-lərə verdiyi məlumata görə, silahlılar bazada partlayış törədiblər. Qubernator həlak olanların dəqiq sayını deməyib. Bazaya hücum edilən zaman orada ümumilikdə 30 hərbçi olub.

Xatırladaq ki, ABŞ və “Taliban” ötən il fevral ayının sonlarında Qətərdə sülh sazişi imzalayıblar. Sazişə əsasən Birləşmiş Ştatlar və onun müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmalıdırlar. Həmçinin “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.