DÜNYA


Əfqanıstanda aviazərbələr nəticəsində ən azı 30 dinc insan həlak olub

Bakı, 19 sentyabr, AZƏRTAC 

Əfqanıstanın Nanqarhar vilayətində rayonların birində “Taliban” silahlılarına qarşı həyata keçirilən əməliyyat zamanı aviazərbələr nəticəsində ən azı 30 dinc insan həlak olub. AZƏRTAC TOLOnews agentliyinə istinadla xəbər verir ki, bu barədə vilayətin rəhbərliyi məlumat verib.

Qeyd olunub ki, daha 40 nəfərin də yaralandığı aviasiya hücumları kənd əhalisinin işlədiyi tarladakı insanlara zərər vurub. “Ariana” agentliyi isə bu aviazərbələrin “xarici qüvvələr” tərəfindən endirildiyini yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.