DÜNYA


Əfqanıstanda taliblərlə toqquşmada 13 polis və hərbçi həlak olub

Bakı, 7 yanvar, AZƏRTAC

Əfqanıstanın şimal-qərbində yerləşən Bağdis vilayətində “Taliban” hərəkatının silahlıları ilə toqquşmalarda azı 13 polis və hərbçi həlak olub.

AZƏRTAC xəbər verir ki, 1TV telekanalının yaydığı məlumata görə, silahlılar polis və ordu postlarına hücum ediblər. Nəticədə 10 polis əməkdaşı və 3 hərbi qulluqçu həyatını itirib. Toqquşmaların gedişində, həmçinin taliblər də itkiyə məruz qalıblar. Belə ki, 15 silahlı zərərsizləşdirilib.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD terror qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorçulara qarşı birgə əməliyyatlar keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.