REGİONLAR


Ağcabədinin Muğanlı kəndində 340 abonentin təbii qaz təminatında fasilə yaranıb

Bakı, 14 dekabr, AZƏRTAC

Ağcabədi rayonunun Muğanlı kəndində toy karvanında olan avtomobillərdən biri yoldan çıxaraq qaz tənzimləyici şkafa çırpılıb. Nəticədə avadanlıq sıradan çıxıb. Saat 12:40-dan təqribən 340 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.