CƏMİYYƏT
Ağdaş rayonunda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıblar
Bakı, 4 dekabr, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanaraq saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, şəhər sakini Aysel Musayevanın və rayonun Qoşaqovaq kənd sakini Ayaz Hacıyevin COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydalarına riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları kobud şəkildə pozub və polis əməkdaşları ictimai yerlərdə hərəkətdə olarkən onları saxlayıblar. Onlarla izahedici söhbətlər aparıldıqdan sonra yaşadıqları ünvanlara geri qaytarılıblar.
Hər iki şəxs barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.