CƏMİYYƏT


Ağdaş şəhər sakininə məxsus həyətyanı sahədən çətənə kolu aşkarlanaraq götürülüb

Bakı, 16 oktyabr, AZƏRTAC

Ağdaş şəhər sakini M.Mustafayevə məxsus həyətyanı sahədən dörd ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini M.Mustafayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən dörd ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.