REGİONLAR
Ağdaşda “Sağlam gənclik, sağlam gələcək” mövzusunda “dəyirmi masa” keçirilib
Ağdaş, 28 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonu Heydər Əliyev Mərkəzində “Sağlam gənclik, sağlam gələcək” mövzusunda “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, gənclərin iştirakı ilə keçən tədbir narkomaniyaya və pis vərdişlərə qarşı mübarizə məsələlərinə həsr edilib.
“Gənc İstedadların Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin və Ağdaş rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər mövzunun aktuallığını vurğulayıb, gənclərin hərtərəfli inkişafında sağlam həyat tərzinin rolundan danışıblar. Natiqlər ölkəmizdə gənclərə, onların təhsilinə xüsusi diqqət göstərildiyini bildiriblər.
Tədbirdə gənclərin pis vərdişlərdən yayındırılması və erkən nikahların qarşısının alması istiqamətində ciddi iş aparılmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycan dövləti gənclərin inkişafı üçün böyük imkanlar yaradır və bu imkanlar qeyr-maddi dəyərləri formalaşdırır. Sözsüz ki, cəmiyyəti inkişaf etdirən başlıca amillərdən biri də dəyərlərdir və Azərbaycanda bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub.