REGİONLAR
“Ağıl dəryası” intellektual bilik yarışı üzrə Masallı rayon birinciliyinin qalibləri mükafatlandırılıblar
Masallı, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş məktəblilər arasında “Ağıl dəryası” intellektual bilik yarışı üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman idarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin metodisti Abbas Abbaszadə dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edən milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hislərinin aşılanması, gənclərin intellektual inkişafı, onların asudə vaxtlarını səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması istiqamətində rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
İntellektual bilik yarışında Qodman kənd tam orta məktəbinin komandası birinci, Mahmudavar kənd tam orta məktəbinin komandası ikinci, Türkoba kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.