CƏMİYYƏT


Ağstafa rayonunda tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalandırılıb

Bakı, 15 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan şikayət nazirliyin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı və ətrafa qoxunun yayıldığı faktı təsdiqini tapıb.

“Faktla bağlı tullantıların idarə edilməsinə cavabdeh Dağ Kəsəmən bələdiyyəsinin sədri Ariz Bayramov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan göstəriş verilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.