CƏMİYYƏT


Ağstafada şəhid Rusif Quliyevin ailəsi ziyarət edilib

Bakı, 27 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağstafa rayonunda şəhid Rusif Quliyevin ailəsini ziyarət edib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şəhidin döyüş yolundan, Vətən müharibəsində göstərdiyi igidliklərdən danışılıb.

Qeyd olunub ki, bütün şəhidlərimiz kimi, Rusif Quliyevin də xatirəsi daim ürəyimizdə yaşayacaq. Onun ailə üzvləri və 4 yaşlı qızı sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin onlara sosial ödənişlər təyin edilib. Ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı diqqətə çatdırılıb.

Rusif Quliyev Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.