REGİONLAR


Ağstafanın Göycəli kənd körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Ağstafa, 13 iyun, Famil Quliyev, AZƏRTAC

Ağstafa rayonunun 35 uşaq yerlik Göycəli kənd körpələr evi-uşaq bağçasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi, məktəbəqədər təhsil sahəsində də məqsədyönlü islahatların həyata keçirildiyini qeyd edib. Bildirib ki, son illərdə rayonda 4 uşaq bağçası tikilib, 5 uşaq bağçası əsaslı təmir olunub, bütün uşaq bağçalarında müvafiq təmir-bərpa işləri həyata keçirilib və bu istiqamətdə işlər uğurla reallaşdırılır.

Kənd sakinlərindən Qotaz Eyyubova, Tamilə Abbasova və Əli İbrahimov rayonun cəbhə bölgəsinə yaxın ərazidə yaşayan sakinlər adından onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra uşaq bağçasında yaradılan şəraitlə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.