REGİONLAR


Ağsuda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Ağsu, 5 oktyabr, AZƏRTAC

Ağsuda rayon icra hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Rayon təhsil şöbəsinin akt zalında təşkil olunan tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan rayon təhsil şöbəsinin müdiri Əlmirzə Məmmədov son illər Ağsuda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb. Vurğulayıb ki, hazırda rayonda 68 ümumtəhsil, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil ocaqlarında 10 min 150 şagirdin təlim-tərbiyəsi ilə 1100 müəllim məşğul olur.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirdə çıxış edərək, təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb. İcra başçısı ölkəmizdə müəllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə dövlət başçısının Sərəncamı ilə müəllimlər günü ərəfəsində “Əməkdar müəllim” adını alan Daşdəmirbəyli kənd tam orta məktəbin riyaziyyat müəllimi Vəkalət İsayev əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Sonda bir qrup müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.