REGİONLAR
Ağsuda Ulu Öndərə həsr olunan sərgi açılıb
Ağsu, 7 may, AZƏRTAC
Ağsuda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndərin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin ziyarətçiləri əvvəlcə parkda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sərgiyə gələnlər Heydər Əliyev Mərkəzində böyük rəhbərin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra gənc istedadların Ulu Öndərə həsr etdikləri sərginin təqdimatı keçirilib.
Rayon məktəblilərinin, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin, həvəskar gənc rəssamların və tədbirə dəvət olunan Kürdəmir regional “ASAN Xidmət” Mərkəzinin könüllülərinin təsviri incəsənət, dekorativ tətbiqi sənət, bədii-tikmə üzrə 100-dən çox əl işi nümayiş olunub.