CƏMİYYƏT


Ağsuda avtomobilin vurduğu piyada ölüb

Bakı, 14 aprel, AZƏRTAC

Ağsu şəhəri ərazisində “BMW” markalı avtomobillə şəhər sakini N.Məhərrəmli vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağsu şəhəri ərazisində C.Kərimov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini N.Məhərrəmlini vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Ağsu Rayon Polis Şöbəsi tərəfindən fakta bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.