REGİONLAR


Ağsuda süni mayalandırılan inəklərdən 332 baş cins buzov alınıb

Ağsu, 13 iyul, AZƏRTAC

Heyvandarlıq Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər heyvandarlar süni mayalandırma ilə inəklərin cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Təsadüfi deyil ki, təkcə cari ilin yarısında bölgədə süni mayalandırma ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 baş çox cins, sağlam bala alınıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin 6 ayında 809 baş inək və düyə süni mayalandırılıb. Bu, ötən ilin birinci yarısındakı göstəricindən 273 baş çoxdur. Cari ilin ilk yarısında süni mayalandırma ilə 332 baş məhsuldar cins buzov əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.