İQTİSADİYYAT
“Ailə NET” internetin sürətini artırır
Bakı, 13 may, AZƏRTAC
“Ailə NET” internet provayder mayın 15-dən yay kampaniyasına başlayır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniyanın şərtlərinə əsasən “Ailə NET”-in abunəçiləri 5 mbit/s əvəzinə 8 mbit/s-dən 12 mbit/s-dək yüksək sürətli fiber-optik internet xidmətindən istifadə edəcəklər.
Hər gün saat 09:00-dan 01:00-dək abunəçilərə 8 mbit/s, saat 01:00-dan 09:00-dək isə 12 mbit/s sürətli internet xidməti təqdim olunacaq. Kampaniyadan həm mövcud, həm də yeni qoşulan abunəçilər faydalana bilərlər.
Xüsusi tariflərə əsasən “Ailə TV” abunəçiləri, kampaniya müddəti ərzində təqdim olunacaq 8 - 12 mb/s internetə görə aylıq 13 manat ödəyəcəklər. Analoji olaraq, 6; 8; və 10 mbit/s tarif planlarının abunəçiləri sürətli internet xidmətindən istifadə edəcəklər.
Əhatə dairəsini daim genişləndirən “Ailə NET”, hazırda Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı, o cümlədən Hövsan qəsəbəsində, Sabunçu rayonun Bakıxanov qəsəbəsində, Səbail rayonunun bir hissəsində, eləcə də Gəncə şəhərində, o cümlədən Yeni Gəncə qəsəbəsində fəaliyyət göstərir. “Caspian Telecom” şirkətinin brendi olan “Ailə NET” 2011-ci ildən fəaliyyət göstərir. İnternet provayder Azərbaycanda fiber-optik şəbəkələrinin və internet xidmətlərinin inkişafı, genişlənməsi və təkmilləşdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdırır.