DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları və hərbi qulluqçuları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anmaq üçün Fəxri xiyabana gediblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub və əziz xatirəsinə böyük ehtiram ifadə ediblər.