ELM VƏ TƏHSİL
Akademik Akif Əzizovun biblioqrafıyası çapdan çıxıb
Bakı, 10 dekabr, AZƏRTAC
Neft kimyası, yüksək molekullu birləşmələr kimyası, kimyəvi kinetika və kataliz sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi Akif Əzizovun 75 illik yubileyi münasibətilə onun biblioqrafiyası çap olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, biblioqrafiya 1968-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir. Nəşrə müxtəlif toplularda, jurnallarda, qəzetlərdə Azərbaycan, rus və ingilis dillərində çap olunmuş məqalələr və monoqrafiyalar daxildir. Biblioqrafiyada verilmiş materiallar xronoloji ardıcıllıqla yerləşdirilib və alimin əsərlərinin əlifba göstəricisi verilib. Biblioqrafiyada alimin həyatı, ictimai fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin siyahısı, rəhbərlik etdiyi və ya məsləhətçi olduğu dissertasiyalara daxil olan bölmələr haqqında məlumatlar vardır.
Mərhum akademik Akif Əzizovun xatirəsinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.