ELM VƏ TƏHSİL


Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib

Bakı, 9 aprel, AZƏRTAC 

“Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali, orta ixtisas təhsili müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil müəssisələrinin rəhbərləri tədbirlər planının yerinə yetirilməsini təmin etməli və görülmüş işlər barədə 2019-cu il dekabrın 20-dək Təhsil Nazirliyinin aparatına hesabat verməlidirlər. Eyni zamanda, nazirliyin aidiyyəti struktur bölmə rəhbərləri tədbirlər planında nəzərdə tutulan tədbirlərin iş planlarına daxil edilməsini, onların icrasına nəzarəti, təhsil müəssisələrinə təşkilati kömək göstərilməsini və daxil olmuş hesabatların ümumiləşdirilib rəhbərliyə təqdim olunmasını təmin etməlidirlər.

Ali təhsil müəssisələrinə il ərzində “Həmid Araslı və klassik Azərbaycan ədəbiyyatının tədqiqi məsələləri”, “Akademik Həmid Araslının folklorşünaslıq irsi”, Həmid Araslı klassik ədəbiyyatımızın və folklorumuzun yorulmaz tədqiqatçısı kimi” mövzularında elmi konfrans, simpozium və seminarların keçirilməsi və həmin tədbirlər çərçivəsində Həmid Araslı yaradıcılığını əks etdirən fotosərginin təşkili tapşırılıb. Bundan başqa, Akademik Həmid Araslının 110 illiyi ilə bağlı məlumatlar, aparılan elmi tədqiqatların nəticələri ali təhsil müəssisələrinin saytlarında yerləşdiriləcək və elmi jurnallarda dərc olunacaq. Rayon (şəhər) təhsil şöbələri, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri isə şagirdlərin iştirakı ilə Həmid Araslının ədəbiyyatşünaslıq, folklorşünaslıq, xüsusən də dastanşünaslıq sahəsində yaradıcılığı haqqında dəyirmi masalar təşkil edəcək.

Tədbirlər planında akademik Həmid Araslının 110 illiyi ilə bağlı dövri mətbuatda məqalələrin nəşri və televiziya proqramlarında çıxışların təşkili də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.