ELM VƏ TƏHSİL
Akademik: İnsan resurslarının formalaşdırılması dövlət siyasətinin ən mühüm prioritetlərindəndir
Bakı, 10 avqust, AZƏRTAC
Cəmiyyətdə innovativ mühitin formalaşması, qabaqcıl texnologiyaların tətbiqi, iqtisadiyyatın inkişafı, sosial rifahın yüksəldilməsi və digər bu kimi məsələlərlə yanaşı, yüksəkkeyfiyyətli insan resurslarının formalaşdırılması dövlət siyasətinin ən mühüm prioritetlərindəndir. Bu səbəbdən İnformasiya Texnologiyaları İnstitutunda da bu problemlərə dair müxtəlif istiqamətlər üzrə əsaslı tədqiqatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu fikri İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Elmi şuranın iclasında səsləndirib. Alim qeyd edib ki, sivilizasiyanın inkişafında insan resursları ən qiymətli resursdur. Bu gün inkişaf etmiş ölkələrin iqtisadi və intellektual potensialı təbii resurslarla deyil, məhz keyfiyyətli insan resurslarının formalaşması ilə müəyyənləşir.