Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib VİDEO

Akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib VİDEO

Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzi açılacaq

Bakı, 21 oktyabr, AZƏRTAC

Xalq yazıçısı, akademik Kamal Abdulla məhsuldar elmi və ədəbi yaradıcılığını həvəslə davam etdirir. Görkəmli alim bu yaxınlarda Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib. Həmin universitetin tələbələri isə Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın pyesi əsasında tamaşa hazırlayırlar. Xatırladaq ki, yazıçının “Sehrbazlar dərəsi” romanı Rumıniyada da nəşr edilib. Həmçinin rumın oxucular Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Lyudmila Bejenarunun “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” əsəri ilə tanışdırlar.

AZƏRTAC Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ilə müsahibəni təqdim edir.

- Azərbaycan Dillər Universiteti ilə Piteşti Universitetinin əməkdaşlığı barədə məlumat verməyinizi xahiş edirik.

- Universitetimizdə Rumıniya ilə əlaqələr çox dərin bir əsasa söykənir. Bilirsiniz ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox yüksək səviyyədə tədbirlər həyata keçirir. Biz də bundan nümunə götürərək, istər Azərbaycan Dillər Universiteti, istərsə də tutduğumuz vəzifə, fəaliyyət göstərdiyimiz sahə çərçivəsində Azərbaycan həqiqətlərini dünyaya təbliğ edirik. Fikrimcə, Azərbaycan həqiqətlərinin dünyaya təqdim edilməsində universitetlərin rolu böyükdür. Bizim universitetimiz də bu istiqamətdə müəyyən işlər görür. Hər hansı bir hərəkət, hər hansı bir akt, hər hansı bir əlaqə bizə öz həqiqətlərimizi demək üçün geniş imkanlar açır və biz bu imkanlardan istifadə etməyə çalışırıq.

Rumıniyanın səhv etmirəmsə, ən qədim universitetlərindən olan Piteşti Universiteti mənə böyük bir ehtiram göstərərək fəxri doktor adına layiq görüb. Bunun üçün təşəkkürümü bildirirəm. Həmçinin həmin universitetin tələbələri mənim pyesim əsasında tamaşa hazırlayıblar. Bundan başqa, Rumıniyanın Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzi açılacaq. Mən açılışda iştirak edəcəyəm. Bilirsiniz ki, bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyada öyrənilir. Dünyanın bir çox universitetlərində Azərbaycandakı multikultural əhval-ruhiyyə, tolerantlıq, azərbaycanlının başqa millətlərə münasibəti kimi məsələlər çox ciddi şəkildə dəyərləndirilir. Biz sevinirik ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın, o cümlədən Amerikanın, Cənubi Amerikanın, Avropanın, Uzaq Şərqin bir çox universitetlərində Azərbaycan multikulturalizmi fənnini təbliğ və təşviq edir. Biz Rumıniyada da bu istiqamətdə müvafiq addımı atmış oluruq. Onu da deyim ki, Azərbaycan Dillər Universitetinin tədris fəaliyyətində hansı dilin, hansı mədəniyyətin təbliğatına yer veririksə, - bu isə 20-dən çox ölkənin dil və mədəniyyətinin Azərbaycan Dillər Universitetində təbliğatı deməkdir, - həmin ölkələrin universitetlərində də doğma Azərbaycan dilimizin və mədəniyyətimizin təbliğatı üçün bizə yer ayırmalarını xahiş edirik. Bu istiqamətdə universitetimizdəki dil və mədəniyyət mərkəzlərinin işi güzgüvari şəkildə həmin ölkələrdə Azərbaycan dili ilə bağlı davam etdirilir. Bu baxımdan, bizim Serbiyada, Çində, Rusiyada, Macarıstanda, Rumıniyada, Pakistanda Azərbaycan dili və mədəniyyət mərkəzlərimiz fəaliyyət göstərir.

Eyni zamanda, Moldovada bəzi universitetlərlə əlaqələrin qurulması istiqamətində də görüşlər keçirilməsi nəzərdə tutulur.

-Azərbaycan Dillər Universitetində klassik dillər üzrə hazırlıq nə yerdədir? Yəni sanskrit, latın dilləri üzrə mütəxəssis hazırlığı aparılırmı?

- Bilirsinizmi, biz bu məsələni ortaya qoyanda sıfırdan başlamalı olduq. Çünki Azərbaycan filologiyasında, Azərbaycan humanitar elmində klassik dilləri öyrənmək ənənəsi, təəssüf ki, yox dərəcəsində idi. Bu istiqamətdən yanaşanda həm müasir dillərin öyrənilməsi üçün, həm də müasir dillərlə, Avropa dilləri ilə, Şərq dilləri ilə Azərbaycan dili arasında əlaqələri daha dərindən öyrənmək istiqamətində tədqiqat aparılarkən, istər-istəməz klassik dillərə, sanskritə, qədim yunan dilinə, latın dilinə müraciət etməli olursan. Pəhləvi dili, qədim slavyan dilləri də bu qəbildəndir. Bütün bu dilləri biz öyrənməyə başlasaq, filologiyamıza çox böyük fayda vermiş olarıq. Biz müvafiq istiqamətdə ilk addımımızı atmışıq, Azərbaycanda indiyə qədər olmayan bir istiqamətə qədəm qoymuşuq: bu, sanskritin öyrənilməsi ilə bağlıdır. Azərbaycan Dillər Universitetində Macarıstandan gəlmiş bir professor bu gün sanskriti artıq tədris edir.

-Mifoloji dilçilik – mifolinqvistika Azərbaycan dilçiliyində, demək olar, yeni bir sahədir. Bu sahədə araşdırmalarınız nə yerdədir?

-Bu sahədə artıq mənim bir kitabım çapdan çıxıb. Mifolinqvistika, fikrimcə, həqiqətən də yeni bir sahədir. Güman edirəm ki, o, bizim müasir dilçiliyimizin qarşısında yeni-yeni üfüqlər açır. Mifolinqvistika bizim mifoloji təsəvvür dövründən bu günə qədər gəlib bizim dilimizdə bizdən xəbərsiz, bəlkə də gizlin şəkildə yaşayan sözlərin, ifadələrin dilçiliyi deməkdir və bu istiqamətdə çalışmalar, mənə elə gəlir ki, müasir dilimizin daha dərin öyrənilməsinə bir açar ola bilər. Məsələn, dilimizdə belə bir ifadə var “de görüm, nə deyirsən”. “Kitabi-Dədə Qorqud”da da bu ifadə işlənib. Əslində Siz mənim dediyimi necə görə bilərsiz? Deməli, deyiləni görmək cəhdi bizim əcdadlarımızın mifoloji təsəvvüründə özünə yer tapıb. Mifolinqvistikanın canı bu kimi ifadələrdədir. Daşlaşmış, bizim çox vaxt üstündən sükutla keçdiyimiz bu ifadələr bizə dilimizdə, dilçiliyimizdə mifoloji təsəvvürün necə yaşadığını göstərir.

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

Akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub