ELM VƏ TƏHSİL


Akademik Rafael Hüseynov: Ramiz Abutalıbov Cümhuriyyət tarixinin görkəmli tədqiqatçılarındandır

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Prezident təqaüdçüsü, tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbovla görüş keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, görüşdə bu qurumun direktoru, akademik Rafael Hüseynov R.Abutalıbovun Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğindəki xidmətlərindən danışıb. O, alimin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərimizin həyat və fəaliyyətləri ilə bağlı geniş araşdırmalar apardığını, onun Cümhuriyyət tarixinin görkəmli tədqiqatçılarından olduğunu deyib.

R.Hüseynov böyük alimin 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə sabiq Fransa Prezidenti Jak Şirak tərəfindən bu ölkənin ən yüksək mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif edildiyini də diqqətə çatdırıb.

Səmimi görüşə görə akademik R.Hüseynova minnətdarlığını bildirən R.Abutalıbov Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tərəqqisi naminə görüşlərin, birgə konfransların təşkilində və elmi müzakirələrin aparılmasında maraqlı olduğunu bildirib.

Sonda R.Hüseynov qonağı cari ilin noyabrında Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçiriləcək “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfransa dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.