ELM VƏ TƏHSİL


Akademik Validə Əlizadə Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti seçilib

Bakı, 22 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Botaniklər Cəmiyyətinin ümumi yığıncağı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, respublika botaniklərinin iştirakı ilə keçirilən tədbirdə cəmiyyətin idarə heyəti seçilib və nizamnaməsinin ikinci redaksiyasına dəyişikliklər layihəsi təqdim olunub.

Yığıncaqda səsvermə yolu ilə AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti seçilib. AMEA-nın həqiqi üzvü Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov, AMEA-nın müxbir üzvü Vaqif Novruzov cəmiyyətin vitse-prezidentləri və AMEA-nın professoru, biologiya elmləri doktoru Dilzarə Ağayeva isə məsul katibi təyin olunub.

Tədbirdə Azərbaycan Botaniklər Cəmiyyətinin regionlar üzrə elmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, botanika elminin təbliği və bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyətinin gücləndirilməsi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.