ELM VƏ TƏHSİL


Akif Əlizadə: Azərbaycanda gənc alimlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur

Kiyev, 7 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabinetində gənc alimlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə onlara güzəştli kreditlərin verilməsi məsələsinə baxılır.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə məlumat verib.

A.Əlizadə bildirib ki, 2019-cu ilin yanvar-mart aylarından başlayaraq gənc alimlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

AMEA-nın prezidenti qeyd edib ki, dövlətimizin başçısının göstərişi ilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Artıq Masazır gölü ətrafında sərfəli qiymətlərlə gənc alimlər üçün binanın tikintisi aparılır. Bundan başqa iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə yaradılan AMEA-nın Yüksək Texnologiyalar Parkında çalışan gənc alimlərimiz artıq 1000-1500 manat civarında əməkhaqqı alırlar.

A.Əlizadə yaxın illərdə artıq Yüksək Texnologiyalar Parkının AMEA-nın büdcəsinə əlavə gəlirlər gətirəcəyini vurğulayıb və qeyd edib ki, bu gəlirlərdən gənc alimlərin elmə həvəsini stimullaşdırmaq üçün istifadə olunacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.