SİYASƏT


“Əl-Cəzirə” kanalının saytında Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı məqalə dərc edilib

Bakı, 15 oktyabr, AZƏRTAC

“Əl-Cəzirə” telekanalının saytında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədəki mülki obyektlərə və insanlara, o cümlədən uşaqlara qarşı törətdiyi terror aktı ilə bağlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə oktyabrın 11-i gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı daha bir terror aktının törədildiyi, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulduğu və dinc sakinlərin, o cümlədən uşaqların qətlə yetirildiyi, onlarla insanın yaralandığı, bir neçə yaşayış binasının tamamilə dağıldığı bildirilir.

Müəllif Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə istinadla bildirilir ki, Ermənistan əldə olunmuş humanitar atəşkəs razılaşmasının tələblərini kobud şəkildə pozaraq yalnız Gəncəni deyil, həm də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini, həmçinin digər mülki əraziləri də ağır artilleriya və raket atəşinə tutub.

“Ermənistanın bu hücumları həm Rusiya Federasiyası, həm də dünya birliyinə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Bu vandalizm və soyqırımı aktı Rusiya Federasiyasının birbaşa vasitəçiliyi ilə əldə olunmuş humanitar atəşkəs rejiminə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilib. Dünya birliyi bu hadisələrə lazımi diqqət yetirməlidir,” – deyə Prezidentin köməkçisinin fikirləri diqqətə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.