REGİONLAR


Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Naxçıvan, 15 fevral, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimə ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri cəlb edilib.

Uçuşlar zamanı hücum təyyarələri, atəş-dəstək və nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.

Hava hücumundan müdafiə birləşmə və hissələri şərti hava düşmənini təqlid edən ordu aviasiyasının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi tapşırıqlarını məşq ediblər.

Taktiki-xüsusi təlimdə qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.