CƏMİYYƏT


Əlcəzairin “Əl Hərir” portalı Azərbaycan gənclərinin Şuşaya səfərindən yazıb

Qahirə, 11 sentyabr, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələrinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri haqqında xəbər yayımlanıb.

AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunub ki, Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə reallaşan səfər çərçivəsində 30 gənclər təşkilatının 50-dən çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni abidələr, erməni vandalizminin acı nəticələri, qədim şəhərin görkəmli yerləri, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olublar. Gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirələrini dərin ehtiramla yad ediblər.

Xəbərdə diqqətə çatdırılıb ki, Şuşaya səfər zamanı 44 günlük Vətən müharibəsi dövründə gənclər təşkilatlarının fəaliyyəti və Qarabağa qayıdışla bağlı qarşıdakı fəaliyyət planları müzakirə olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.