DÜNYA


Aleksandr Lukaşenko oğlunun müxalif düşüncəsindən danışıb

Bakı, 6 avqust, AZƏRTAC

Belarus Prezidenti Aleksandr Lukaşenko oğlu Nikolayın “müxalif düşüncəli” insan olduğunu hesab edir.

AZƏRTAC “Ukraina 24” telekanalına istinadla xəbər verir ki, bu barədə ukraynalı jurnalist Dimitri Qordon Belarus Prezidenti ilə müsahibədən sonra deyib.

Dimitri Qordonun fikrincə, 16 yaşlı Nikolay atası ilə müxtəlif ölkələrə getdiyi və bir çox dövlət başçısı ilə söhbət etdiyi üçün onun öz dünyagörüşü formalaşıb. “O, ümumiyyətlə hakimiyyətə qarşı müxalif düşüncədədir”, - deyə Qordon telekanalın efirində vurğulayıb.

Jurnalistin sözlərinə görə, Aleksandr Lukaşenko oğluna sakit həyat arzuladığı üçün onu qətiyyən prezident postunda görmək istəmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.